Azərbaycan və Özbəkistan bu sahədə əməkdaşlıq edəcək

18:04 - 25 Fevral 2023

Azərbaycan və Özbəkistan bu sahədə əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq edəcək.

 

Bu barədə Manset.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan məlumat verilib.

Məlumata görə, Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərəbçılığın İnkişafı Agentliyinin direktorun müavini vəzifəsini müvəqqəti icra edən Ənvər Ubaydullayev imzalayıblar.

Memorandum üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı, o cümlədən investisiya layihələrinin inkişaf etdirilməsi və qarşılqlı tədarükün təşkilini nəzərdə turur.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin