Fransa və Britaniya BMT-yə qətnamə layihəsini təqdim edəcək

09:14 - 29 Avqust 2021

Fransa və Britaniya BMT-yə qətnamə layihəsini təqdim edəcək

Rəsmi Paris və London BMT Təhlükəsizlik Şurasının bazar ertəsi keçiriləcək növbədənkənar toplantısında Əfqanıstanın paytaxtı Kabildə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında təhlükəsizlik zonasının yaradılması haqqında qətnamə layihəsini təqdim edəcək.

Manset az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Le Journal du Dimanche” (JDD) qəzetinə bildirib.

"Bizim qətnamə layihəmiz Kabildə BMT-nin nəzarət etdiyi, humanitar əməliyyatları davam etdirməyə imkan verəcək təhlükəsizlik zonasının müəyyən olunmasını nəzərdə tutur", - dövlət başçısı qəzetə müsahibəsində deyib.

Makronun sözlərinə görə, bu, BMT-yə təcili tədbirlər üçün əsas verəcək və hər bir dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə, beynəlxalq ictimaiyyətin isə “Taliban” üzərində təzyiqləri davam etdirməsinə imkan yaradacaq: "Belə bir zonanın yaradılması Əfqanıstanı tərk etmək istəyən insanları qorumaq cəhdi olardı".

"Bizim etmək istədiyimiz Kabildəki hərbi hava limanından keçməyəcək məqsədli humanitar təxliyə əməliyyatları təşkil etməkdir. Söhbət təhdid altında olan əfqanları qorumaq və onları yaxın günlərdə və ya həftələrdə ölkəni tərk etməyə məcbur etməkdən gedir. Görək paytaxtın və ya qonşu ölkələrin mülki hava limanları bunu edə biləcəkmi?”, - Fransa rəhbəri deyib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin