Bayden yeni terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

23:57 - 28 Avqust 2021

Bayden yeni terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

Amerika hərbçiləri ən yaxın 24-36 saatda Əfqanıstanın paytaxtı Kabilin aeroportuna terrorçuların yeni hücum ehtimalının yüksək olduğunu güman edirlər.

Manset.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Vəziyyət fövqəladə dərəcədə təhlükəli olaraq qalır, aeroporta terror hücumları təhlükəsi əvvəlki kimi yüksəkdir. Bizim komandanlığımız mənə bildirdi ki, növbəti 24-36 saatda hücum ehtimalı olduqca yüksəkdir", - o deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD terror qruplaşmasına bir zərbə ilə kifayətlənməyəcək və Amerikanın 13 hərbçisinin həyatına son qoymuş partlayışda əli olanları izləməyə davam edəcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin