"Qardaşımız, əziz dostumuz Azərbaycan öz dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir".
Manset.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
"Kahramanmaraşdakı səhra hospitallardan biri Azərbaycan tərəfindən yaradılıb. Həkimlərimiz və səhiyyə işçilərimizdən geri qalmayan komandalarına xüsusi təşəkkür edirik", - deyə nazir qeyd edib.
Kardeşimiz, can dostumuz Azerbaycan desteği ve acımıza ortak oluşuyla yanımızda. Kahramanmaraş’taki Sahra Hastanelerinden biri Azerbaycan tarafından kuruldu. Hekimlerimizi, sağlık çalışanlarımızı aratmayan ekiplerine ayrıca teşekkür ederiz. pic.twitter.com/fc2dLZbYsh — Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 24, 2023