Bakıda zəncirvari qəza - Ölən və yaralılar var (YENİLƏNİB)

22:55 - 24 Fevral 2023

Bakıda zəncirvari qəza - Ölən və yaralılar var (YENİLƏNİB)

Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Manset.az-a bildirib ki, bu gün saat 22 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

 

***22:00

Bakıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin