"İlham Əliyev dövlət sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır” - Zelenski

21:53 - 24 Fevral 2023

"Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayırıq, o, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin tərəfdarıdır. Buna və Ukraynaya göstərdiyi yardıma görə dövlət başçısına minnətdarıq”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Rusiyanın ölkəyə hərbi müdaxiləsinin bir ilinin tamam olmasına həsr olunmuş “Fevral. Yenilməzlik ili” adlı mətbuat konfransı zamanı  Report-un əməkdaşının sualını cavablandırarkən deyib.

Azərbaycanlı jurnalistin onunla Ukrayna dilində ünsiyyət qurmasına diqqət çəkən Zelenski “Əgər bu gün azərbaycanlı jurnalist mənə Ukrayna dilində sual verməyə cəhd edirsə, bu, artıq Azərbaycanın kimi dəstəklədiyini göstərir”, - deyə cavab verib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin