Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
23:05 - 28 Avqust 2021
ABŞ avqustun 26-da Kabil hava limanı yaxınlığında partlayış törədən İŞİD terror təşkilatının Əfqanıstan qanadı “Xorasan”ın mövqelərinə qarşı hava hücumu təşkil edib.
Manset.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban açıqlama verib.
Açıqlamada ABŞ hərbi qüvvələrinin “Xorasan” qruplaşmasının liderinin olduğu mövqelərə qarşı əməliyyatların keçirildiyi deyilib.
Əməliyyatın Əfqanıstanın Nangahar əyalətində pilotsuz uçan aparatlarla həyata keçirildiyini deyən Urban ilk hücumda hədəfin məhv edildiyini bildirib. Əməliyyatda mülki itkilərin olmadığını vurğulayıb.
Avqustun 26-da təxliyə əməliyyatlarının davam etdiyi Kabil hava limanı yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində 13 ABŞ hərbçisi və 170-dən çox Əfqanıstan vətəndaşı həlak olub. Hücumun məsuliyyətini İŞİD-ə bağlı “Xorasan” qruplaşması üzərinə götürüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin