“Rusiya Ukraynada heç vaxt qələbə qazanmayacaq” - ABŞ prezidenti

21:17 - 24 Fevral 2023

“Rusiya Ukraynada heç vaxt qələbə qazanmayacaq” - ABŞ prezidenti

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukrayna müharibəsinin 1-ci ildönümü ilə əlaqədar sosial media hesabında Ukraynaya dəstək mesajı paylaşıb. 

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki,  ABŞ prezidenti paylaşımında bu sözləri qeyd edib:
“Bir il əvvəl Rusiya Ukraynanı işğal edəndə dediyimi bu gün təkrarlayacağam. İmperatorluğu bərpa etmək əzmində olan diktator xalqın azadlıq eşqini məhv edə bilməz. Qəddarlıq heç vaxt azad insanların iradəsini əzə bilməz. Ukrayna isə heç vaxt Rusiyanın qələbəsi olmayacaq”.

Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə də fotosunu paylaşıb: 
“Bu gün, bombardmanların düşməsindən bir il sonra, Ukrayna hələ də müstəqil və azaddır. Xersondan Xarkova qədər ukraynalılar torpaqlarını geri aldılar. Və Ukrayna keçən il Rusiyanın nəzarətində olan ərazilərin yarıdan çoxunda qürurla Ukrayna bayrağını dalğalandırıb”.

Jalə

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin