Rəşad Sadıqovdan qələbə şərhi

19:55 - 24 Fevral 2023

Rəşad Sadıqovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Turan Tovuz"la qarşılaşan "Zirə" matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Manset.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında komandasının qələbəsini şərh edib:

"Maraqlı oyun keçdi. Bizi çətin səfərin gözlədiyini bildirdik. Qarşımızda son matçlarda yaxşı performans göstərən "Turan Tovuz" var idi. Tovuzda oynamaq həmişə çətindir.

İlk hissə istədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib ikinci hissədə irəli atılacaq, təslim olmayacaq. Fasilədən sonra daha çox əks-hücumlara bel bağlamalı olduq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı və vacib qələbə oldu".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin