Bu ölkə Rusiyanın "casus şəbəkəsi"ni çökdürdü

15:16 - 24 Fevral 2023

Bu ölkə Rusiyanın

Avstraliya kəşfiyyatı özünü rus diplomatları kimi təqdim edən “casusluq şəbəkəsini” çökdürdüyünü bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “The Sydney Morning Herald” qəzeti kəşfiyyat mənbələrinə əsaslanaraq bildirib ki, casusluq etdikləri aşkarlanan və özlərini rus diplomatı kimi təqdim edən şəxslər son 6 ayda vizaları ləğv edilərək və ya yenilənməyərək ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Məlumatda qeyd olunub ki, “casuslar” saxta şəxsiyyətlərdən istifadə edərək özlərini səfirlik və konsulluq işçiləri kimi təqdim ediblər.

Avstraliya Təhlükəsizlik Kəşfiyyat Agentliyinin Təhlükəsizlik Baş katibi Mike Burgess də agentliyin illik hesabatında "casus yuvası" olaraq xarakterizə etdikləri şəbəkəni sındırdıqlarını açıqlayıb:

"Bu agentlər daha geniş şəbəkənin bir hissəsidir. Zərərli fəaliyyətləri ilə yanaşı, həssas məlumatları da oğurlamaq istəyirdilər".

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin