Rusiya-Ukrayna müharibəsində heç kim qalib gəlməyəcək, çünki... - Viktor Orban

14:42 - 24 Fevral 2023

Rusiya-Ukrayna müharibəsində heç kim qalib gəlməyəcək, çünki... - Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya-Ukrayna müharibəsində heç kim qalib gələ bilməz, ona görə də atəşkəs və ondan sonra sülh danışıqlarının mümkün qədər tez başlamasına ehtiyac var.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Macarıstanın dövlət radiosuna danışan Orban, “Rusiya müharibədə qalib gələ bilməz, çünki Qərb Ukrayna üçün o qədər çox silah, enerji və pul səfərbər edir ki, belə bir gücə qarşı açıq hərbi qarşıdurmada qalib gəlmək mümkün deyil. Amma bunun əksi də ola bilər, çünki nüvə dövləti olan Rusiyanın məğlub ola biləcəyini düşünənlər yanılırlar” – deyib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin