Anardan Qəşəm Nəcəfzadənin adının Şuşa siyahısından çıxarılması haqda AÇIQLAMA

20:34 - 28 Avqust 2021

Anardan Qəşəm Nəcəfzadənin adının Şuşa siyahısından çıxarılması haqda AÇIQLAMA

Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Rzayev şair Qəşəm Nəcəfzadənin sabah Şuşaya səfər edəcək şairlərin siyahısından adının çıxarılmasına münasibət bildirib.

Manset.az-a açıqlamasında Qəşəm Nəcəfzadənin adının hansı səbəbdən siyahıdan çıxarıldığını bilmədiyini qeyd edib.

"Biz onun adını siyahıda vermişdik, olmalı idi, ancaq çıxarılıb. Niyə çıxarılıb, bilmirəm. Qəşəmin adını kim çıxardıb xəbərim yoxdur. O məni ittiham edə bilməz, çünki mən onun adını siyahıda vermişdim. Mümkünsə onun da adını siyahıya daxil etsinlər, getsin!"



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin