Kamran Əliyev Zahir Həsənovu aşağı vəzifəyə göndərdi - Yüksək vəzifələrə yeni təyinatlar

11:52 - 24 Fevral 2023

Kamran Əliyev Zahir Həsənovu aşağı vəzifəyə göndərdi - Yüksək vəzifələrə yeni təyinatlar

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunub.

Digər əmrlə o, Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.

 

***

Bundan başqa Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Şərur rayon prokurorunun müavini Anar Həsənov isə Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin