Bu ölkənin mərkəzi bankının rəhbəri pul mənimsəmədə ittiham olunur - VİDEO

11:15 - 24 Fevral 2023

Bu ölkənin mərkəzi bankının rəhbəri pul mənimsəmədə ittiham olunur - VİDEO

İqtisadi böhranla mübarizə aparan Livanda Mərkəzi Bankın sədri Riad Salameh çirkli pulların yuyulmasında, mənimsəmədə və qanunsuz varlanmada ittiham olunur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Riad Salameh, Salamehin qardaşı və müşaviri hakim tərəfindən çirkli pulların yuyulması, mənimsəmə, dələduzluq, qanunsuz varlanma və vergidən yayınmada ittiham olunub. Hakimin irəli sürdüyü ittihamlar Livanda Salameh və onun qardaşının 2002-2015-ci illər arasında Mərkəzi Bankdan 300 milyon dollardan çox pul mənimsəməsi ilə bağlı 18 aylıq araşdırmadan sonra irəli sürülüb. Salameh və qardaşı ittihamları rədd ediblər.

Mərkəzi bankın rəhbəri özünü, “İnsanın günahı məhkəmə tərəfindən sübuta yetirilməyənə qədər günahsızdır” - deyərək müdafiə edib.

Salameh və qardaşı 5 Avropa ölkəsi tərəfindən araşdırılır.

İsveçrə, Fransa, Almaniya, Lüksemburq və Lixtenşteyn səlahiyyətliləri onları oxşar ittihamlarla araşdırır.

Manşet.az

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin