"Yalnız Krımın işğaldan azad edilməsi Ukrayna və Avropada sülhün bərqərar olmasına kömək edəcək".
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "BBC"yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Ukrayna Krımı qaytarana qədər bütün planetdə sülh olmayacaq:
Zelenksi qeyd edib ki, müharibəni dayandırmaq üçün hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dünya səviyyəsində dəstəkləmək lazımdır.