Millimizin DÇ üçün heyəti AÇIQLANDI

10:26 - 24 Fevral 2023

Millimizin DÇ üçün heyəti AÇIQLANDI

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsi üçün heyəti açıqlanıb.

 

Azərbaycan Futzal Federasiyasından Manset.az-a verilən məlumata görə, baş məşqçi Alesio Da Silva martın 3-də Bakıda Yunanıstan, 7-də isə səfərdə Polşa ilə keçiriləcək görüşdə 16 futzalçının xidmətindən yararlanacaq.

Komanda fevralın 27-də təlim-məşq toplanışına başlayacaq.

Millinin heyəti: Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Amadeu, Felipinyo, Cavad Məmmədov, Emin Kürdov, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Amir Şojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Fineo De Araujo, Tyaqo Teles Martins (hər ikisi “Sportinq Paris”, Fransa), Rövşən Hüseynli (“Atırau, Qazaxıstan), Eduardo Borges (“Sportinq Anderlext”, Belçika), Rafael Vilela (“Tümen”, Rusiya), Everton Kardoso (“Bintanq Timur”, İndoneziya).


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin