Tanklarımız döyüş hazırlığı vəziyyətində - VİDEO

10:09 - 24 Fevral 2023

Tanklarımız döyüş hazırlığı vəziyyətində - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin