Elmira Süleymanova vəfat etdi
25 Aprel 2024
01:30 - 24 Fevral 2023
BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiyaya qarşı qətnamə qəbul edib.
Manset.az-ın məlumatına görə, sənədin lehinə 141 ölkə, Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya da daxil olmaqla 7 ölkə əleyhinə səs verib.
Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb.
Qətnamə, xüsusilə, Ukrayna ərazisində cinayətlərin milli və beynəlxalq səviyyədə təhqiqat və təqib yolu ilə məsuliyyətə cəlb edilməsinin zəruriliyinə istinad edir.
Xatırladaq ki, BMT Baş Assambleyasında Rusiyanın BMT Təhlükəsizlik Şurasından fərqli olaraq veto hüququ yoxdur. Eyni zamanda, iclasda qəbul edilən qətnamələr beynəlxalq hüquq normalarına uyğun olaraq məcburi xarakter daşımır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin