Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

21:17 - 23 Fevral 2023

Azərbaycanda ağır yol qəzası: Ölən və yaralanan var

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, Report-un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci iltəvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.

Hələlik şəxsiyyəti məlum olmayan digər sərnişin isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin