Azərbaycanda yanvarda benzin istehsalı azalıb, dizel istehsalı artıb

21:13 - 23 Fevral 2023

Azərbaycanda yanvarda benzin istehsalı azalıb, dizel istehsalı artıb

Azərbaycanda yanvar ayında avtomobil benzininin istehsalı azalıb.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, avtomobil benzininin istehsalında 4,5 faiz azalma qeydə alınıb.

Ümumilikdə, yanvar ayı ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 307,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 9,0 faiz azalıb.
Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 62,9 faiz, neft koksunun istehsalı 32,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,0 faiz artıb, ağ neft istehsalı 16,8 faiz, neft bitumu istehsalı 36,5 faiz, mazut istehsalı isə 93,0 faiz azalıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin