Qardaşı arvadını öldürən hərbçiyə hökm oxundu

20:16 - 23 Fevral 2023

Qardaşı arvadını öldürən hərbçiyə hökm oxundu

Cəlilabadda qardaşı arvadı və onun tanışı olan kişini öldürən Elşən Məmmədova hökm oxunub.

 

Manset.az xəbər vedrir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Məmmədov hərbçi olub, N saylı hərbi hissədə pulemyotçu kimi xidmət edib. Buna görə də işə Cəlilabad Hərbi Məhkəməsində baxılıb. Hökmə əsasən, Elşən Məmmədov 20 il müddətə azadlıqdan məhrum edilib.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov evə gələn zaman həyətdə əvvəlcə qadını saçından tutub, onu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra digər şəxsi yumruqlayaraq, bıçaqlayaraq öldürüb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin