Günel Zeynalova Türkiyədəki kommunal xərclərdən şikayətlənib - VİDEO

19:22 - 23 Fevral 2023

Günel Zeynalova Türkiyədəki kommunal xərclərdən şikayətlənib - VİDEO

Müğənni Günel Zeynalova Türkiyədəki kommunal xərclərdən şikayətlənib. 

 

Manset.az xəbər verir ki, sənətçi ödənişlərin artırılmasını xoş qarşılamayıb. 

O şəxsi instaqram hesabında artan xərclərə eyvanda qazan vuraraq etiraz edən sakinlərin görüntülərini paylaşıb.

Günel videoya bu sözləri də əlavə edərək etirazını bildirib:

"Kommunal xərclər 500 lirədən 1500 lirəyə (təxminən 45 AZN-dən 135 AZN-ə) yüksəldilib. Bizi də eyvanda qazan vuran da görsəniz, təəccüblənməyin. Yenə 1500 lirə yaxşıdır. Mən bizim xərcləri heç yazmıram".

Xatırladaq ki, sənətçi uşaqlıq illərindən Türkiyədə yaşayır. O arada Bakıya da gəlir. 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin