Mahir Emrelinin əcnəbi sevgilisi bu məşhur şəxs imiş - FOTOLAR
6 Noyabr 2024
17:55 - 28 Avqust 2021
Britaniya hökuməti Əfqanıstandan vətəndaşlarının, hərbçilərin, eyni zamanda ötən müddət ərzində London heyətinə kömək edən əfqanların təxliyəsi əməliyyatını başa vurub.
Manşet.az xəbər verir ki, bu barədə Britaniyanın Əfqanıstandakı səfiri Lori Bristou bildirib. Onun sözlərinə görə, Böyük Britaniya hökuməti avqustun 13-dən etibarən Əfqanıstandan təxminən 15 min mülki şəxsi və 1000 hərbçini çıxarıb.
"Əməliyyatın bu mərhələsinə son qoymağın vaxtı gəldi, amma biz hələ də ölkəni tərk etmək istəyən insanları unutmadıq. Onlara kömək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Əfqanıstanın cəsur və ləyaqətli xalqını unutmadıq. Onlar sülh və təhlükəsizlik içində yaşamağa layiqdirlər", - səfir "Twitter" üzərindən Kabil hava limanından yaydığı videomüraciətdə vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin