Türkiyə vətəndaşı Necati Özdemir zəlzələ zamanı ayrı düşdüyü qızını axtarmaq üçün aparıcı Müge Anlının verilişinə müraciət edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun qızı Menekşe Özdemir günlər sonra Türkiyənin Nevşehir xəstəxanasında tapılıb.
Canlı yayım zamanı ata ilə qızı Menekşe görüntülü danışıb.
Təbii fəlakətdən günlər sonra ilk dəfə bir-birini görən ata və qız gözyaşlarını saxlaya bilməyiblər.
Onların bu halı studiyadakı tamaşaçıları da kövrəldib.
Məlumat üçün bildirək ki, Necati Özdemir fevralın 6-da qardaş ölkədə baş verən güclü zəlzələdə 14 ailə üzvünü itirib.
Ətraflı videoda: