"Tağı müəllim artıq yeriyə bilmir, ayaqları tutulub" - Həyat yoldaşından AÇIQLAMA

14:17 - 23 Fevral 2023

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub.

 

Bu barədə Manset.az-a açıqlamasında onun həyat yoldaşı Salatın Əhmədli bildirib. O qeyd edib ki, Tağı Əhmədov Bakıda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

“Tağı müəllimin səhhətində problem yaranıb. Onun ayaqları işləmir. Hazırda müalicədədir. Ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər problemin düzələcəyini bildirirlər. Hazırda Tağı Əhmədovun ayaqları tam tutulub, yeriyə bilmir”.

 

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin