Jurnalist qətl yerindən reportaj hazırlayarkən güllələndi- VİDEO

12:37 - 23 Fevral 2023

Jurnalist qətl yerindən reportaj hazırlayarkən güllələndi- VİDEO

Amerikalı jurnalist Floridada qətl hadisəsinin törədildiyi yerdən reportaj hazırlayarkən güllələnib.

 

Manset.az Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Jurnalistlə yanaşı, bir məktəbli ölüb, daha iki nəfər yaralanıb.

“Çərşənbə günü Florida ştatının Orlando şəhəri yaxınlığında 20 yaşlı qız qətlə yetirilib. “Spectrum News” kanalının əməkdaşı və fotoqrafı hadisə yerinə gedib. Baş verən atışmada televiziya jurnalisti ölüb, fotoqraf isə yaralanıb. Daha sonra cinayətkar evdə doqquz yaşlı qızı və anasını güllələyib. Məktəbli reanimasiyada dünyasını dəyişib, ananın vəziyyəti hazırda ağırdır”, – məlumatda deyilir.

Qətllərdə 19 yaşlı Keyt Melvin Mozes şübhəli bilinir. O, saxlanılıb və hazırda silahlı hücumla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin