Türkiyənin məşhur prodüseri, TV8 kanalının sahibi Acun Ilıcalı daha bir futbol klubu alır.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun hədəfi İrlandiya Premyer Liqasının ikinci əsas klubu sayılan “Dundalk”dır.
İddialara görə, Acun bu addımı sahibi olduğu “Hall Siti”dəki gənc oyunçuların inkişafı üçün atmağı planlaşdırır.
Qeyd edək ki, “Dundalk” tarixi ərzində 14 dəfə İrlandiya çempionu olub.