Rusiya bu məsələyə görə dünya ölkələri üzrə birinci yerdədir

10:59 - 23 Fevral 2023

Rusiya bu məsələyə görə dünya ölkələri üzrə birinci yerdədir

Rusiya dünyanın ən sanksiyaya məruz qalan ölkəsidir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən sanksiyaya məruz qalan ölkəsi olub. Rusiyanın Ukraynadakı müharibəsindən bir il sonra Qərb ölkələri Rusiyaya ağır iqtisadi bədəl ödətmək üçün çoxsaylı sanksiyalar tətbiq ediblər.

Davam edən hücumlarla zaman keçdikcə sanksiyaların əhatə dairəsi genişlənərək maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil, idman və ticarət kimi bir çox sahədə Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya 22 fevral 2022-ci il tarixinə 11 327 yeni sanksiyaya məruz qalıb.

Müharibədən əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22-yə çatıb.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin