“Qarabağ” “Gent”in qonağı olacaq - Mərhələni keçə biləcəkmi?

09:44 - 23 Fevral 2023

“Qarabağ” “Gent”in qonağı olacaq - Mərhələni keçə biləcəkmi?

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin yekununda “Qarabağ” Belçikada “Gent”lə qarşılaşacaq.

 

Manset.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

“Gelamko Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Uilyam Kollam olacaq. Onu Frensis Konnor və David Rum müşaiyət edəcəklər.

“Köhlən atlar” iki oyunun nəticəsilə qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksələcək.

Qeyd edək ki, hazırda “Qarabağ” meydana ciddi itkilərlə çıxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin isə yarımmüdafiəçisi Endryü Hülsager zədəyə görə iştirak ərizəsinə salınmayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin