Rusiya hökuməti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

23:33 - 22 Fevral 2023

Rusiya hökuməti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

 

Manset.az xəbər verir ki, məlumata görə, saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin