Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsi davam etdirilir - VİDEO

16:45 - 28 Avqust 2021

Qəbələdə dağlıq ərazidəki yanğının söndürülməsi davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Manşet.az-a verilən məlumata görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədilə ərazidə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınla mübarizə tədbirlərini həyata keçirirlər.

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

 


 


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin