"Hərbçilər zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb" - Akar

20:41 - 22 Fevral 2023

Türk Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənub-şərqində baş verən zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, bundan əlavə, 2 250 şəxsin cəsədinin də hərbçilər tərəfindən dağıntılar altından çıxarıldığını qeyd edib.

Nazir Akarın sözlərinə görə, 65 təyyarə və 70 helikopter vasitəsi ilə hava dəhlizi yaradaraq, bölgəyə humanitar yardımın çatdırılması, axtarış-xilasetmə işlərinə dəstək təmin edilib.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin