5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20:15 - 22 Fevral 2023

5 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

 

Manset.az bildirir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.

"Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulunun aparıldığı, Şuranın "Qaynar Xəttinə" daxil olan aidiyyəti müraciətlər araşdırılmaqla vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimin rəsmi xəbərdar edildiyi diqqətə çatdırılıb" - məlumatda deyilib.

Eyni zamanda qeyd edilib ki, 2022-ci ildə Məhkəmə Hüquq Şurası tərəfindən 4 hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam edilib. Bildirilib ki, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib:

"Bütün bunlar onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar pozuntulara görə intizam icraatları başlanılıb"./apa


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin