Prezident Emoməli Rəhmona başsağlığı verdi

16:33 - 22 Fevral 2023

Prezident Emoməli Rəhmona başsağlığı verdi

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona başsağlığı məktubu ünvanlayıb.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin