Şagird sinifdə müəllimini bıçaqlayaraq öldürdü

16:33 - 22 Fevral 2023

Şagird sinifdə müəllimini bıçaqlayaraq öldürdü

Fransanın Saint-Jean-de-Luz şəhərində orta məktəb şagirdi məktəbdə ispan dili müəllimini bıçaqlayaraq öldürüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polis qrupları və prokurorun hadisə yerində araşdırma apardığı bildirilib. Çantasından çıxardığı bıçaqla müəlliminə hücum edən 16 yaşlı şagird həbs edilib.

Ürəyindən bıçaqlanan müəllim 50 yaşlarında olub. Hücum edən şəxsin "psixi pozğunluqlardan" əziyyət çəkdiyi bildirilir.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin