Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində kömür mədənində çökmə baş verib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilir ki, faciə nəticəsində azı 57 fəhlə itkin düşüb.
Hadisə Alaşan vilayətində baş verib. 200-ə yaxın xilasedici və digər təcili yardım xidmətlərinin nümayəndələri hadisə yerinə gəliblər. Xilasetmə əməliyyatı davam edir.