İran edam cəzasına məhkum edilmiş şəxs haqqında hökmü LƏĞV ETDİ

15:59 - 22 Fevral 2023

İran edam cəzasına məhkum edilmiş şəxs haqqında hökmü LƏĞV ETDİ

İranda Mahsa Amini nümayişləri zamanı “mühafizəçiyə xəsarət yetirmək” və “ictimai əmlakı yandırmaq” ittihamları ilə mühakimə olunan 19 yaşlı Məhəmməd Buruqaninin edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Buruqaninin işinə yenidən baxılması tələbi Kassasiya Məhkəməsində qəbul edilib.

Qərara əsasən, Buruqaninin işi edam hökmü çıxaran İnqilab Məhkəməsinə göndəriləcək və məhkəmə prosesi yenidən həmin məhkəmədə keçiriləcək.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin