Mahir Emreli "Legiya"dakı ilk oyununda het-trik etdi

22:19 - 17 İyun 2021

Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk oyununa çıxıb.

Manşet.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçının start heyətində yer alıb. O, ilk yarıda 3:0 hesabı ilə qalib gələn Varşava komandasının hər üç qolunun müəllifi olub. Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Hazırda isə "Legiya" 4:0 hesabı ilə öndədir. Emreli 60-cı dəqiqədə əvəzlənib.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin