Türk Hava Yollarının (THY) Nyu-York - İstanbul reysində inanılmaz hadisə yaşanıb. Belə ki, “A330” uçuş heyətinin pilotu O.E. itkin düşüb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, hava gəmisinin kapitanı reysdən əvvəl yoxa çıxıb. Uçuşa hazırlaşan digər pilotlar O.E. ilə əlaqə yarada bilməyiblər. Daha sonra hotel rəhbərliyi ilə əlaqə saxlanılıb və O.E.-nin otağının yoxlanılması tələb edilib. Baxış zamanı pilotun əşyalarının otaqda olduğu, özünün isə olmadığı müəyyən edilib.
Sonda heyət vəziyyət barədə səlahiyyətli orqanları məlumatlandırıb və yoxa çıxan O.E.-dən xəbər ala bilmədikləri üçün onsuz uçuşa qərar verilib.
Bir mənbədən verilən məlumata görə, THY-nin pilotu Nyu-York (ABŞ) polisi tərəfindən saxlanılıb.