Türkiyəli seysmoloqdan XƏBƏRDARLIQ: "İstanbul üçün vaxt azalır"

13:00 - 22 Fevral 2023

Türkiyəli seysmoloqdan XƏBƏRDARLIQ:

Türkiyəli seysmoloq, professor Naci Görür yeni açıqlama verib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, Hatay vilayətinin yerləşdiyi ərazidə yeraltı təkanların enerjisinin bitdiyini deyib.

Naci Görür onu da qeyd edib ki, vəziyyət belə olan halda İstanbulda təbii fəlakətin baş vermə anına çox az qalıb:

"Hatay enerjisini boşaltdı. İstanbul üçün vaxt azalır. Hazırlıqlı olmasaq, bu ölkəmiz üçün böyük dağıntı ola bilər".

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib.

Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin