Ağdam rayonunun Abdal kəndi - FOTOLAR

12:50 - 22 Fevral 2023

Ağdam rayonunun Abdal kəndi - FOTOLAR

Ağdam rayonunun Abdal kəndi Gülablı kənd inzibati ərazi dairəsində, dağ yamacında yerləşir.

Kənd Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci il sentyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Abdal kəndi noyabrın 20-də Azərbaycana qaytarılıb.

Manset.az AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Abdal kəndinin görüntülərini təqdim edir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin