Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edildi

12:03 - 22 Fevral 2023

Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxs həbs edildi

Ermənistanın hazırkı xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri 2 ay müddətinə həbs edilib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda istintaq davam edir.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalandığı gün A.Mirzoyana hücum olub. A.Mirzoyan həmin vaxt Ermənistan parlamentinin spikeri vəzifəsində çalışırdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv