“Bakubus” avtobusunun altında qalan şəxsin kimliyi bilindi

09:29 - 22 Fevral 2023

“Bakubus” avtobusunun altında qalan şəxsin kimliyi bilindi

Dünən Səbail rayonu ərazisində marşrut avtobusunun vurub öldürdüyü şəxsin kimliyi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, saat 05:45 radələrində Salyan şossesi 15-in qarşısında A.Ayvazovun idarə etdiyi "BakuBus" MMC-yə məxsus 99 JK 440 nömrə nişanlı avtobusla vurub öldürdüyü şəxsin Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlu olması məlum olub.

Aparılmış ilkin araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib. Sürücünün sərxoş olmadığı və sürücülük vəsiqəsinin olması müəyyən edilib.

Faktla bağlı Səbail RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

 



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin