Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Manset.az APA -ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əliyev Nurəddin Qəlibəy oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.