Türkiyənin daha bir klubu zəlzələyə görə çempionatdan çıxdığını ELAN ETDİ

23:20 - 21 Fevral 2023

Türkiyənin daha bir klubu zəlzələyə görə çempionatdan çıxdığını ELAN ETDİ

Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.

 

Manset.az xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.

Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyabekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq./report


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin