Türkiyənin 10 bölgəsində baş verən, Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan binalarla əlaqədar İstanbulda saxlanılan 6 podratçıdan 3-ü həbs edilib.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağılan binalarla bağlı Qaziantep və Malatya Respublika Prokurorluqlarının başlatdığı araşdırmalar çərçivəsində İstanbulda 6 podratçını saxlayıb.
Zəlzələdə dağılan Doğansoy Mənzilinin podratçısı, Şadoğlu Mənzilinin podratçısı, Serap Mənzilinin podratçısı, Zorlu Mənzilinin podratçısı, Bahçelioğlu Mənzilinin podratçısı və Mazıcı Apartments-ın podratçısı polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.
Podratçılardan bir neçəsi ölkədən çıxışına qadağa qoyulması və müəyyən fasilələrlə polis bölmələrinə imza atmaq üçün gəlməklə məhkəmə zalından azadlığa buraxılıb.
Jalə
Manşet.az