Macarıstandan Serbiyaya Aİ-yə üzvlüyü ilə dəstək

22:43 - 21 Fevral 2023

Macarıstandan Serbiyaya Aİ-yə üzvlüyü ilə dəstək

Macarıstanın Xarici işlər və Xarici Ticarət naziri Peter Siyarton Serbiyanın Avropa Birliyinə (Aİ) üzvlük prosesinin çox yavaş irəlilədiyini və bunun sürətləndirilməsinin lazım olduğunu bildirib.
 

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, bunu Nazir Siyarton paytaxt Budapeştdə Serbiyanın Avropaya inteqrasiya naziri Tanja Misceviç ilə görüşü zamanıdeyib.
 

Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasının bütün Avropanın marağında olduğunu bildirən Siyarto bildirib ki, Qərbi Balkan regionunun inteqrasiyası təkcə Macarıstanın milli təhlükəsizliyi və milli iqtisadi maraqları baxımından deyil, həm də siyasi maraqlarına uyğundur. 

Qərbi Balkan bölgəsinin ən böyük ölkəsi olan Serbiyanın AB üzvlüyünün çox əhəmiyyətli olduğuna diqqət çəkən Siyarto Serbiyanın Aİ-yə üzvlük prosesinin çox yavaş irəlilədiyini və bunun sürətləndirilməsi lazım olduğunu vurğulayıb.

Siyarto Serbiyanın AB üzvlüyünün AB-yə fiziki, iqtisadi və enerji təchizatı baxımından qatqı təmin edəcəyini ifadə edərək, Serbiyanın AB üzvlüyünü yavaşlatan digər üzv dövlətlərinə də çağırış edib.

Jalə

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin