Azərbaycanda 60 yaşlı qadının meyiti görün hardan tapıldı

18:39 - 21 Fevral 2023

Azərbaycanda 60 yaşlı qadının meyiti görün hardan tapıldı

Tovuzda 60 yaşlı qadının meyiti kənd ərazisindəki dərədən tapılıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Kənd sakini Valya Hüseynovanın cansız bədəni kənd sakinləri tərəfindən aşkarlanıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, qadın üç gün idi evdən çıxmış və geri qayıtmamışdı. Onun itkin düşməsi ilə bağlı polisə də məlumat verilib.

Hadisə yerinə Tovuz rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin