ABŞ-da qasırğa ilə bağlı xəbərdarlıq: Təxliyə qərarı verildi

15:12 - 28 Avqust 2021

ABŞ-da qasırğa ilə bağlı xəbərdarlıq: Təxliyə qərarı verildi

ABŞ-ın Luiziana ştatında və Yeni Orleanın bəzi bölgələrində bazar günü gəlməsi gözlənilən “İda” qasırğası səbəbiylə təxliyə elan edilib.

Manşet.az xəbər verir ki, Luiziana qubernatoru Con Bel Edvards mətbuat konfransında bildirib ki, vəziyyət çox ciddidir.

“Yeni Orleanın bəzi bölgələrində də vəziyyət eynidir. Güclü külək nəticəsində ağacların qırılacağını, elektrik enerjisinin verilməsində məhdudiyyətlərin olacağını gözləyirik”, - deyə şəhərin təcili yardım şöbəsinin müdiri Kollin Arnold qeyd edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin