Bakıda yaşlı qadının pulunu oğurlayan şəxs həbs edildi - FOTO

22:09 - 17 İyun 2021

Bakıda yaşlı qadının pulunu oğurlayan şəxs həbs edildi - FOTO

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Manşet.az-a açıqlamasında bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin